"Sportinq" Bakıya qələbə ilə gəlir

Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən  olan “Sportinq” də növbəti görüşünə çıxıb.

Lissabon təmsilçisi səfərdə “Lusitano” ilə qarşılaşıb. Görüş “Sportinq”in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubunun heyətində Bas Dost dubl edib, Diabi və Fernandes isə hərəyə bir dəfə fərqlənib. Bu qələbə “Sportinq”i 1/8 finala yüksəldib.

Qeyd edək ki, “Sportinq” Avroliqada növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək. Noyabrın 29-da Bakı Olimpiya Stadionunda oynanılacaq “Qarabağ” – “Sportinq” matçı saat 21:55-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right