"Çelsi"də yeni müqavilə

"Çelsi" futbolçusu Nqolo Kante  ilə müqaviləni yeniləyib.

Newsport.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçinin yeni sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

27 yaşlı futbolçunun həftəlik 290 min funt-sterlinq qazanacaq. Bununla da Kante London klubunda ən çox məvacib alan futbolçu olub.

Qeyd edək ki, Fransa millisinin üzvü 2016-cı ildə “Lester”dən 32 milyon funt-sterlinq qarşılığında transfer olunub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right