"Liverpul" və Klopp Qvardiolanın qorxulu yuxusuna çevrilib: "Kitab oxuya bilmirəm"

Xoser Qvardiola son vaxtlar üzləşdiyi qeyri-adi problemlərdən danışıb. 

Newsport.az-ın məlumatına görə, "Mançester Siti"nin baş məşqçisi jurnalistlərə kitan oxuya bilmədiyini açıqlayıb.  

O, bu probleminin "Liberpul" və bu komandanı çalışdıran Yürgen Kloppla bağlı olduğunu bildirib: "Kitab oxumağı çox sevirəm Ancaq son zamanlar kitab oxuya bilmirəm. Bir andaca ağlıma Klopp və "Liverpul" gəlir. Nəticədə diqqətimi tamamilə kitaba yönəldə bilmirəm". 

Görünür, Qvardiola komandasının çempion titulunu qorumaq uğrunda mübarizədə məhz mersisaydlıları əsas rəqib hesab edir.  "Mançester Siti" hazırda İngiltərə Premyer Liqasında 32 xalla 1-ci, "Liverpul" isə 30 xalla 2-ci pillədədir.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right