İbrahimoviçdən "Milan" açıqlaması

"Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç "Milan"a qayıdacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, isveçli futbolçu İtaliya klubundan təklif aldığını təsdiqləsə də, ABŞ-da qalmağın əleyhinə olmadığını da gizlətməyib. O, söyləyib ki, burada daha 1 il oynaya bilər:

"Milan"dan təklif var, ancaq "Los-Anceles Qelaksi"də daha bir mövsüm keçirmək mənim üçün problem olmayacaq. "Milan" məni sevir, bu, sirr deyil. Orada 2 mükəmməl mövsüm keçirmişəm. Həmin vaxt komandadan getmək istəmirdim, amma onlar məni PSJ-yə göndərdi.

Ümumilikdə, "Milan" mənə yaxşı münasibət göstərdi. Ora "Barselona"dan getmişdim. İspaniyadan kədərli ayrılmışdım, amma "Milan"ın sayəsində yenidən gülümsəməyə başladım. Onlara borcumu ödəmək istərdim. Ancaq indi nə "hə", nə də "yox" deyə bilərəm. Baxaq, görək, necə olur. Qattuzo əla oyunçu olub, indi isə əla məşqçidir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right