Sarrinin yeni hədəfi - Cengiz Ünder!

"Roma"da çıxış edən Cengiz Ünderin elçiləri hər keçən gün artır.

 

Newsport.az xəbər verir ki, Türkiyə millisinin üzvü "Arsenal" və "Bavariya"dan sonra "Çelsi"nin də radarına düşüb. Bu barədə "Sky İtalia" məlumat yayıb. Londonlular bu keçid üçün "Roma"ya 35 milyon avro və Andreas Kristenseni təklif etməyə hazırlaşır. Xəbərdə bu transfer üçün "Bavariya"nın daha şanslı olduğu da vurğulanıb. Lakin "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Ünderin keçidi üçün israrlı olduğu qeyd edilib.

 

Qeyd edək ki, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm 14 oyuna 3 qol vurub, 5 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right