Millimizlə oyunda debüt edən: "Qvardiolanın bu matça baxıb-baxmadığını bilmirəm"

"Çox həvəsli idim, ilk oyunuma çıxmışdım. Qalib gəlmək üçün hər şeyi etdik".

Newsport.az-ın məlumatına görə, bu sözlrəi UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda millimizə qalib gələrək pley-offa yüksələn Kosovonun qolkiperi Ariyanet Muriç deyib. Millisində debüt edən "Mançester Siti"nin 20 yaşlı qapıçısı fikirlərini bölüşüb: "Vacib qələbə oldu. Kosovo xalqı üçün xoşbəxtəm. Əlimizdən gələni etdik. Kosovo ilə daha uzaqlara getməyi dörd gözlə gözləyirəm. Kim bilir, bəlkə də bir gün tarixi uğurlara imza atacağıq. Pep Qvardiolanın oyuna baxıb-baxmadığını bilmirəm. Ümid edirəm, məlumatı olar, amma dəqiq bilmirəm".

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right