"Nəticə göz qabağındadı" - Kosovo millisinin üzvü

"Oyunumuzdan və nəticədən məmnunam. İlk hissənin sonlarına doğru bir az problemlər yaşadıq. Amma qapımız qarşısında hər an təhlükə olmadı. Azarkeşlərdən fantastik dəstək aldıq. Son dəqiqəyə kimi bizi ruhlandırdılar. Bu qələbəni onlara həsr edirik".

Newsport.az-ın məlumatına görə, bu sözlrəi UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda millimizə qalib gələrək pley-offa yüksələn Kosovonun yarımmüdafiəçisi Hekuran Kryeziu deyib. 25 yaşlı futbolçu millimizdən güclü komanda olduqlarını deyib: "İki oyuna da baxsaq, Azərbaycan güclü rəqib idi, amma nəticə göz qabağındadı. Biz onlardan daha yaxşıyıq. Pley-offa yüksəlməyə layiq idik. Bu azarkeşlərlə hər komandaya belə problemlər yaşada biləcəyik".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right