"Hesab daha da böyük ola bilərdi" - Kosovonun ulduzu

"Qürur duyuram. Bunu ölkəmiz, ailəmiz, qanımız üçün etdik! Mən milli komanda seçimində uzun müddət düşünməmişəm. Norveçdə böyümüşəm, ilk addımları orda atmışam. Ancaq mənə doğma olan ölkəm üçün oynamaq fürsəti yaranan kimi bura gəldim. Belə fürsət düşdüyü üçün sevinirəm".

Newsport.az-ın məlumatına görə, bu sözlrəi UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda millimizə 4:0 hesabı ilə qalib gələrək pley-offa yüksələn Kosovonun kapitanı Valon Berişa deyib. "Latsio"nun yarımmüdafiəçisi qələbədə azarkeşlərin önəmli olduğunu vurğulayıb: "Priştinada gözəl duyğulu anlar yaşandı. Hələ bütün azarkeşlər bura gələ bilməyib. Onlar evlərində bizə dəstək oldular. Stadionda olanlar bizi həddən artıq çox motivasiya etdilər. Möhtəşəm oynadıq. Biz şəxsi oyun nümayiş etdirmirdik. Ruhumuzla, qanımızla oynayıb, qalib gəldik. Komanda şəklində mübarizı apardıq".

25 yaşlı futbolçu millimizin oyundan öncə favorit olduğunu deyib: "Azərbaycan favorit idi, yetərincə təcrübələri var. Biz də güclü komanda olduğumuzu bilirdik. Ancaq komanda şəklində oynadıq və azarkeşlərin bu möhtəşəm dəstəyilə qalib gəldik. Hətta oyunun gedişində anlamışdıq ki, hesab daha da böyük ola bilər".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right