İspaniya millisində yeni kapitan

İspaniya millisini Bosniya və Herseqovina ilə yoldaşlıq oyununda meydana kapitan kimi "Real"ın yarımmüdafiəçisi İsko çıxarıb.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı futbolçu karyerası ərzində ilk dəfə yığma komandada kapitanlıq sarğısını qoluna taxıb. Ona qədər isə millinin kapitanı "kral klubu"nun digər üzvü Serxio Ramos idi. Təcrübəli müdafiəçinin adı bugünkü oyunun iştirak ərizəsində olmadığından sarğı İskoya həvalə olunub.

Qeyd edək ki, İsko İspaniya millisində 35 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right