"Keşlə"nin futbolçusu oynadı, komandası Rumıniyaya darmadağın oldu

Millətlər Liqasında V turun son oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, C Liqasında mübarizə aparan Litva millisi səfərdə Rumıniyaya 0-3 hesabı ilə uduzub. Litvanın heyətində çıxış edən "Keşlə"nin müdafiəçisi Edvinas Girdvainis 90 dəqiqə meydanda olub. O, 78-ci dəqiqədə sarı vərəqə alıb.

4-cü qrupa 9 xalla Serbiya başçılıq edir. Rumıniya da eyni xal toplayıb və 2-cidir. Monteneqronun 7 xalı var. Xal üzünə həsrət qalan Litva son yerdə qərarlaşıb.

C Liqası, 4-cü qrup

Rumıniya –Litva - 3:0
Qollar
: George Puşkaş, 7, Klaudiu Keseru, 47, Nikolai Stanku, 65





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right