“Qəbələ”nin futbolçusu millidə 90 dəqiqə oynadı

Afrika Millətlər Kubokunun seçmə qrup mərhələsində V turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin futbolçusu Lalavele Atakora şərəfini qoruduğu Toqo öz meydanında Əlcəzairi qəbul edib. Matç qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Lalavele Atakora 90 dəqiqə meydanda olub. O, 16-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra Toqo 5 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right