"Qarabağ"ın futbolçusu oynadı, komandası liderlik şansını qorudu

Bu gün UEFA Millətlər Liqasında V turun növbəti matçları keçirilib.

Newsport.az-ın məlumatına görə, C Liqasında çıxış edən Bolqarıstan Kiprin qonağı olub. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev qarşılaşmaya start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib.

Bu nəticə ilə qrupun digər komandası Sloveniya D liqasına yuvarlanıb. 

3-cü qrupa 10 xalla Norveç başçılıq edir. Eyni xala malik olan Bolqarıstan top fərqinə görə 2-ci yerdə qərarlaşıb. 5 xalı olan Kipr 3-cü, Sloveniya isə 1 xalla sonuncudu. Qrupun son turunda Bolqarıstan Sloveniyanı, Kipr Norveçi qəbul edəcək.

C Liqası

3-cü qrup

Kipr – Bolqarıstan - 1:1

Qollar: Panayiotis Zahariou, 24 - Nikolay Dmitrov, 89 (pen.)

 

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right