Farer adalarının kapitanı: "Belə gözəl ölkədən qalib ayrılacağımıza inanıram"

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah keçiriləcək Azərbaycan – Farer adaları oyunundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın kapitanı Atli Qreqersen jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı müdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Azərbaycanla bir ay əvvəl evdə qarşılaşdıq və 0:3 uduzduq. Həmin matçda kobud səhvlərə yol verdik və Azərbaycan bizi cəzalandırdı.

- İlk oyundan bu günə nə dəyişib? Nə baş verə bilər ki, həmin səhvləri etməyəsiz?

- Artıq dünyanı gəzmişik, çoxlu məşq etmişik. İnanırıq ki, həmin səvləri etməyəcəyik. İlk oyuna baxmışdızsa, bərabər mübarizə gedirdi. Sadəcə rəqib səhvlərimizi bağışlamadı. Sabah Azərbaycanın topla daha çox oynayacağını gözləyirik. İnanıram ki, son nəticə istədiyimiz kimi olacaq.

- Sabahkı oyundakı qələbə şanslarınızı artıra bilər. Buna inanırsız?

- Allaha və qələbəyə inanıram. İdmançılarıq və qələbə qazanmaq üçün meydana çıxacağıq. Belə gözəl ölkədən qalib kimi qayıdacağımıza inanıram.

- Revanş hissi ilə oynayacaqsız?

- Revanş çox böyük ifadədi. Sadəcə daha yaxşı nəticə qazanmaq istəyirik. Azərbaycan xalqını çox bəyənirəm.

- Hansı komandanı qrup birinciliyinə daha şanslı sayırsız?

- Farer adalarını.

- Bir az halsız görünürsüz və çox qalın geyinmisiz. Bakı belə soyuqdu, yoxsa xəstələnmisiz?

- Tam sağlamam, bu, eşitdiyim ən qəribə sualdı. Bizdə də daha soyuqdu. Hər şey qaydasındadı. Sabah da bunu görəcəyik. Özümə gəldikdə isə bəlkə də dünyanın ən yaraşıqlı oğlanlarından biriyəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right