Lars Olsen: "Qrupda qarşılaşdığımız ən güclü rəqib Kosovodu"

UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda sabah keçiriləcək Azərbaycan – Farer adaları oyunundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Lars Olsen jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, danimarkalı mütəxəssis öncə oyunla bağlı danışıb:

- Sabahkı oyuna hazırıq. Heyətimizdə itki yoxdu və buna sevinirik. İlk oyunda kobud səhvlər etmişdik və Azərbaycan bizi məğlub etmişdi. bura 2-ci gün gəlmişik. Komandamız yorğun deyil.

- Bakıya erkən səfəriniz nə ilə bağlıdı: iqlimdən, yoxsa mümkün məğlubiyyətdən qorxursunuz?

- Bakıda da Farer adaları ilə eyni hava şəraitidi. Uzun səfər olmuşdu. Həftənin ikinci günü gəlməyimizin səbəbi də uyğunlaşmaq istəyidi. Evdə rəqiblə başabaş oynamışdıq. Sabah da bu cür olmasını gözləyirəm.

- Mətbuatda sizin start “11-liy”iniz yazılmışdı. Həqiqətən də, bu heyətlə çıxış edəcəksiz, yoxsa bu, aldadıcı ola bilər?

- Heç vaxt “11-lik” elan etməmişəm. Ola bilsin ki, bu hansısa media mənsubunun ixtirasıdı.

- Futbolçu sanki konfrans zalını gərgin, əsəbi tərk etdi. Düşünmürsüz ki, verdiyimiz suallar yetirmənizin sabah qırmızı vərəqə almasına səbəb ola bilər?

- Belə deməzdim. Futbolçularım çox sakitdi. Sabah da əvvəlki görüşlər kimi davranacaqlar. Bizim evdə və ya səfərdə oynamağımızın fərqi yoxdu. Oyuna yanaşmağımız eynidi.

- Evinizdəki oyunda mətbuat konfransına gəlməmişdiniz. Sabah da məğlub olsanız, eyni addımı ata bilərsiniz?

- Xeyr, bu, baş verməyəcək. Burda olmağımı istəyirsinizsə, nəticədən asılı olmayaraq, konfransa qatılacam.

- Qrupun favoriti sizcə kimdi: Kosovo, yoxsa Azərbaycan?

- Bu məsələ ilə bağlı öz fikrimi bildirəcəm. Öz komandamı qeyd etmək çətindi. Qrupda qarşılaşdığımız ən güclü rəqib Kosovo idi. Favorit onlardı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right