Azərbaycanda oynamış gürcü karyerasını başa vurdu 31 yaşında

Bakının "İnter" (indiki "Keşlə") və Gürcüstan millisinin sabiq futbolçusu Baçana Tsxadadze futbolçu karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı futbolçu aldığı zədələr ücbatından butsılarını mıxdan asmağa qərar verib. "Lelo"ya açıqlamasında Baçana qərarını bu cür izah edib: "Artıq əvvəlki formamımı heç cür bərpa edə bilmirdim. Hər şeyə zədələr səbəb oldu. Bu da daim psixoloji problem yaradırdı. Belə şeylər futbolda baş verir. Əlbəttə, 31 yaşında futboldan getmək təəssüflü məqamdır. Ən azı 35 yaşa qədər oynamalısan".

Baçana futbolda atası Kaxaber Tsxadadzenin sayəsində irəli getdiyini deyib: "Etiraf edim ki, atam kimi istedadlı deyildim. O, məndən qat-qat güclü futbolçu olub. Onun kimi güclü futbolçu ola bilmədim. Futbolda nə qazanmışamsa, atamın sayəsində olub. O, mənim idman həyatımda yanımda oldu. Atamın rəhbərliyi atlında da oynamışam".

Qeyd edək ki, Baçana Tsxadadze "İnter"də 2010-2015-ci illərdə çıxış edib. Gürcüstanlı hücumçu paytaxt klubunda atası Kaxaber Tsxadadzenin rəgbərliyi altında oynayıb. Baçana 2008-2009-cu ildə "Standart" (Sumqayıt) klubunda top qovub, 2010-cu ildə isə "İnter"dən "Simurq"a icarəyə verilib. Baçana "İnter"də 116 oyuna 32 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right