Millimizin rəqiblərinin duelində Gürcüstan 7 cavabsız qola sevindi

19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının yer aldığı 1-ci qrupda ilk tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Tiflis şəhərindəki Mixail Mesxi adına stadionda baş tutan qrupun digər oyununda meydan sahibi Gürcüstan yığması Lixtenşteynə 7:0 hesabı ilə qalib gəlib.

Qrupun ilk görüşündə Azərbaycan yığması da ilk turda İsrailə böyük hesabla uduzmuşdu - 1:4.

Noyabrın 17-də baş tutacaq 2-ci turda Azərbaycan yığması Gürcüstanla, İsrail isə Lixtenşteynlə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right