Premyer Liqa üçün qadın rəhbər

Futbol üzrə İngiltərə Premyer Liqasının yeni rəhbəri müəyyənləşib.

Newsport.az xəbər verir ki, bundan sonra İngiltərə çempionatını təşkil edən quruma “Animal Planet” kanalının qadın prezidenti Suzanna Dinneyc rəhbərlik edəcək.

Bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Dinneyc yeni işinə 2019-cu ilin əvvəlində başlayacaq. O, bu vəzifədə indiki prezident Riçard Skudamoru əvəzləyəcək.

Liqa tarixinin ikinci rəhbəri olan Skudamor 1999-cu ildən bu vəzifədə çalışırdı. 1992-ci ildə qurulan Premyer Liqanın ilk rəhbəri isə Rik Perri olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right