"Real" yeni baş məşqçisini açıqladı

"Real"ın yeni baş məşqçisi rəsmən açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Julen Lopeteqinin istefasından sonra müvəqqəti olaraq, baş məşqçi olan Santyaqo Solarinin təyinatı rəsmiləşib. 42 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Real" argentinalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 4 oyunda qalib gəlib. Madrid təmsilçisi bu səbəbdən onunla yola davam etməyə qərar verib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right