"Onu saxlamaq üçün hansısa sehirli içkim yoxdu" “Napoli”nin müdafiəçisi

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən “Napoli” - PSJ (1:1) oyunundan sonra İtaliya təmsilçisinin müdafiəçisi Xalidu Kulibali diqqətçəkən açıqlamalar verib.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı futbolçu rəqibin hücumçusu Kilian Mbappeyə qarşı oyunu haqqında danışıb:

“Kilian Mbappeni saxlamaq üçün hansısa sehirli içkim yoxdur. Sadəcə, işimi görürəm. Hər rəqibin zəif və güclü tərəfləri var. Müdafiəçilər olaraq rəqibi təsirsiz vəziyyətə gətirmək üçün doğru yolu tapmağa məcburuq.

Mbappe çox sürətli futbolçudur. Dayandırılması çox çətin futbolçudur, buna görə də, hərəkətlərini təxmin etməyə çalışdım. Uğurlu çıxış etdiyim üçün xoşbəxtəm”.

“Özünü üç cümlə ilə necə ifadə edərsən” sualına seneqallı futbolçu belə cavab verib: “Təvazökar olmaq mənim üçün çox vacibdir.

Hörmət olmadan da hansısa səviyyəyə çata bilməzsən. Bir də tərsəm və bu, mənim hər gün bir az daha yaxşı futbolçu olmağıma kömək edir”.

Transfer iddiaları haqqında da danışan futbolçu, “Bir çox klubun mənimlə maraqlanmasından məmnunam, amma tamamilə “Napoli”yə köklənmişəm. Hələ mövsümün əvvəlindəyik. Hazırda bunları düşünməyə ehtiyac yoxdur” deyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right