Afrikada Çempionlar Liqasının qalibi müəyyənləşdi

Tunisin "Esperans" klubu tarixində üçüncü dəfə Afrika Çempionlar Liqasının qalibi olub.

Newsport.az-ın məlumatına görə, "sarı-qırmızılar" finalın cavab görüşündə Misirin "Əl-Əhli" komandasını 3:0 hesabı ilə yenib.

İlk qarşılaşmada "Əl-Əhli" 1:0 hesabı ilə qalib gəlsə də, iki oyunun yekununda "Esperans" üstün olaraq, bu turnirdə ölkəsinin ən titullu klubuna çevrilib.

Bunadək Tunis təmsilçisi 1994 və 2011-ci illərdə də nüfuzlu kuboku qazanıb. İndiyədək Afrika Millətlər Kubokuna hamıdan çox - 8 dəfə "Əl-Əhli" yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right