"Sportinq"də yeni baş məşqçi məlum oldu

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq"in yeni baş məşqçisi müəyyənləşib. 

Newsport.az-ın məlumatına görə, Lissabon təmsilçisini Marsel Keyzer çalışdıracaq.

Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 44 yaşlı məşqçi bu vəzifədə ötən həftə istefaya göndərilən Joze Pezeyrunu əvəzləyib.

Qeyd edək ki, Keyzer son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Əl Cəzirə" klubunu çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right