20 yaşlı futbolçu PSJ-dən 55 milyon maaş və şəxsi təyyarə istədi

Fransa milli komandasının və PSJ-nin ulduz futbolçusu Kilian Mbappe klubla yeni müqavilə imzalamaq üçün öz tələblərini bildirib. 

Newsport.az xəbər verir ki, 20 yaşlı hücumçu beşillik müqavilə üçün 55 milyon avro istəyib. Gənc oyunçu həmçinin Paris təmsilçisindən şəxsi təyyarə tələb edib. 

Kilian Mbappenin digər tələbi də ondan ibarətdir ki, o, "Qızıl top" mükafatını qazanacağı təqdirdə, klubun ən çox qazanan futbolçusu olmaq niyyətindədir.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm 11 oyuna 13 qol vurub. O, Fransa yığması ilə birgə Rusiyada keçirilmiş dünya çempionatının da qalibi olub. Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2022-ci ildə başa çatacaq. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right