Qrizmann karyerasını bitirəcəyi vaxtı açıqladı

"Atletiko"nun və Fransa millisinin hücumçusu Antuan Qrizmann gələcək karyerası barədə danışıb.

 

Newsport.az xəbər verir ki, 27 yaşlı hücumçu Almaniya mətbuatına açıqlamasında karyerası bitirəcəyi vaxtı açıqlayıb: "Nə qədər oynayacağımı tam bilmirəm. Ancaq karyeramı 33-34 yaşında bitirmək istəyirəm. Karyeramın sonlarında MLS-də oynamaq istəyirəm".

 

Dünya çempionu "Bundesliqada oynamaq istəyərsiniz" sualına belə cavab verib: "Bəli, ola bilər. Ancaq mən "Atletiko"da indi rahatam. Möhtəşəm planlarımız var".

 

Qeyd edək ki, Qrizmann 2014-cü ildən "hindular"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right