Sabiq "Bakı"lı karyerasını başa vurdu

Litva milli komandasının və “Bakı”nın sabiq üzvü Deyvidas Çesnauskis futbolçu karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, Deyvidas 37 yaşında butsılarını mismara keçirməyə qərar verib.

Qeyd edək ki, Çesnauskis 2012-214-cü illərdə "Bakı"da çıxış edib. Sağ cinah vinqeri "zolaqlılar"da 57 oyuna 8 qol vurub. 2014-cü ildə ölkəmizi tərk etdikdən sonra Deyvidas cəmi 1 klubun – ölkəsinin “Trakay” klubunun uğurları üçün çalışıb. Litvalı futbolçu Moskvanın "Dinamo" və "Lokomotiv" klublarının da şərəfini qoruyub. O, ölkəsində "Ekranas", "Kaunas" klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right