Pedro Azərbaycan və Qazaxıstan çempionatlarını müqayisə etdi

“Astana”nın yarımmüdafiəçisi Pedro Enrike Azərbaycan və Qazaxıstan Premyer Liqalarını müqayisə edib.

Newsport.az-ın məlumatına görə, braziliyalı futbolçu hər iki çempionatın eyni səviyyədə olduğunu bildirib:

“Qazaxıstanda elə çox oynanamışam. Amma düşünürəm ki, bunlar fərqli liqalardır. Azərbaycanda komanda sayı azdır, ancaq səviyyə demək olar ki, bərabərdir. Orada olduğu kimi, Qazaxıstanda da infrastrukturu yaxşı olmayan klublar var. Mənim üçün isə əsas olan budur ki, “Qarabağ”la da ölkə çempionu olmuşam”.

Qeyd edək ki, Pedro ötən mövsüm PAOK-dan icarə əsasında “Qarabağ”da çıxış edib. O, Ağdam klubunun Çempionlar Liqasının qrup mərhələsində ilk qoluna imza atan futbolçu kimi tarixə düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right