Nəhayət, "Real" qalib gəldi

İspaniya La Liqasında 11-ci turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, mövsümə qeyri-stabil başlayan Madrid "Real"ı evdə "Real Valyadolid" üzərində çətin qələbə qazanıb - 2:0. Bu, "kral klubu"nun 6 oyundan sonra qazandığı ilk qələbə olub.

La Liqada turnir cədvəlinə 22 xalla "Barselona" başçılıq edir. "Atletiko" və "Alaves" 20 xalla 2-3-cü yerləri bölüşürlər. "Real Madrid" 17 xalla 6-cı, "Real Valyadolid" 16 xalla 8-cidir.

"Real Madrid" - "Real Valyadolid" - 2:0
Qollar:
 Kiko Olivas, 83 (avtoqol), Ramos, 88 (pen.)

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right