Qvardioladan Lionel Messi etirafı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola sabiq komandası "Barselona"nın kapitanı Lionel Messi barədə danışıb.

Newsport.az-ın məlumatına görə, ispan mütəxəssis argentinalı ulduzu transfer etmək üçün heç vaxt çalışmadığını deyib: "Barselona"dan sonra "Bavariya"nı çalışdırdım və indi də "Mançester Siti"dəyəm. Heç vaxt klub rəhbərlərinə Messini almalarını istəməmişəm. Heç vaxt Messi üçün təklif göndərməmişik. Leonun "Barselona" üçün nə qədər önəmli olduğunu bilirəm. Min dəfə demişəm ki, Messi komandasında qalmalıdır. Onu almaq istəməmişəm. Həqiqətən də istəyirəm ki, karyerasını "Barselona"da davam etdirsin".

Qeyd edək ki, 47 yaşlı mütəxəssis 2008-2012-ci illərdə "Barselona"da çalışıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right