"Qarabağ"ın rəqibi argentinalı müdafiəçi alır

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Arsenal” “Ayaks”ın müdafiəçisi Nikolas Talyafikonu heyətinə qatmağa hazırlaşır.

Newsport.az-ın məlumatına görə, London klubu artıq argentinalı futbolçu üçün qarşı tərəfə 9 milyon avroluq təklif göndərib. “Topçular” bu keçidi qış transfer pəncərəsində gerçəkləşdirmək niyyətindədir.

Qeyd edək ki, 26 yaşlı cinah oyunçusu bu mövsüm “Ayaks”sın heyətində keçirdiyi 16 görüşdə 2 qol vurub, 2 dəfə isə məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right