Nəbiyevli "Slaviya" darmadağın oldu

Çexiyanın futbol üzrə gənclər liqasında 13-cü turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” evdə “Mlada Boleslav” 0:4 hesabı ilə uduzub.

Nəbiyev start heyətdə meydana çıxıb və sonadək oynayıb.

“Slaviya”nın U-21 komandası hazırda 11 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Fərid bu mövsüm 11 oyuna 8 qol vurub, 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right