"Beşiktaş" Kariusu "Liverpul"a vaxtından əvvəl qaytarır

"Beşiktaş" yayda "Liverpul"dan 2 illik icarəyə götürdüyü Loris Kariusun çıxışından razı deyil.

Newsport.az saytının məlumatına görə, İstanbul təmsilçisi alman qolkiperi vaxtından öncə "qırmızılar"a qaytarmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Əvəzində, "Beşiktaş" "Liverpul"dan Divok Oricini icarəyə götürmək istəyir. "Qırmızılar" isə belçikalı forvardı birdəfəlik satmağı düşünür.

Qeyd edək ki, 25 yaşlı Karius 2016-cı ildə "Maynts"dan "Liverpul"a 7,5 milyon avro qarşılığında keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right