"Tottenhem"də yeni müqavilə

İngiltərə Premyer Liqasında mübarizə aparan "Tottenhem" klubunda yeni müqavilə reallaşıb.

Newsport.az saytının məlumatına görə, London klubu yarımmüdafiəçisi Dele Alli ilə müqavilə müddətini uzadıb. 22 yaşlı futbolçu "Tottenhem"lə 2024-cü ilə qədər yeni müqavilə imzalayıb.

Qeyd edək ki, Dele Alli 2015-ci ildə İngiltərənin aşağı liqasında çıxış edən "Milton Keyns Dons" klubundan transfer edilib. O, paytaxt klubunda 153 oyuna 48 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right