Şeydayev oynamadı, "Zenit" 3 xalı 1 qolla qazandı

Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Newsport.az saytının məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” evdə “Zenit”ə 0:1 hesabı ilə uduzub.

Ramil sonadək ehtiyatda qalıb və yetirməsi olduğu "Zenit"ə qarşı oynamayıb. Şeydayev "Krılya Sovetov"a keçəndən sonra cəmi 1 oyun (8 dəqiqə) oynayıb.

Premyer Liqada turnir cədvəlinə 28 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 22 xalla 2-cidir. "Lokomotiv"lə "Rostov" 21 xalla 3-4-cü yerləri bölüşürlər. “Krılya Sovetov” 11 xalla 13-cü pillədə qərarlaşıb.

"Krılya Sovetov" 0-1 "Zenit"

Qol: Leandro Paredes, 22

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right