Millimizin üzvü geri döndü, komandası qalib gəldi

Türkiyə 1-ci liqasında 10-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor”la yığmamızın digər futbolçusu Dəniz Yılmazın komandası olan “Gənclərbirliyi” qarşılaşıb. Oyun "Gənclərbirliyi"nin 1:0 hesbalı qələbəsiylə yekunlaşıb.

Start heyətdə meydana çıxan Ufuk Budak sonadək oynayıb. Uzun müddət idi zədəli olan Dəniz də bu oyunda iştirak edib. O, qarşılaşmanın 67-ci dəqiqəsində meydana daxil olub və 78-ci dəqiqədə sarı vərəqə alıb.

10 turdan sonra “Gənclərbirliyi” 28 xalla liderdi. “Boluspor” isə 23 xalla ikinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right