Çin klubu Taliskanın transfer hüququna sahib oldu

Mövsümün əvvəlində "Benfika"dan Çinin "Quançjao Everqrand" klubuna icarəyə verilən Anderson Taliska ilə bağlı yeni məlumat var.

Newsport.az-ın məlumatına görə, Çin klubu mövsümə uğurlu başlayan braziliyalı futbolçunu birdəfəlik transfer edib. Bunun üçün "Benfika"ya 19,2 milyon avro ödənilib. Portuqaliya təmsilçisi 24 yaşlı yarımmüdafiəçinin icarə haqqı üçün 5,8 milyon avro almışdı. "Benfika" bu keçiddən ümumilikdə 25 milyon avro qazanıb.

Taliska cari mövsüm 15 oyuna 15 qol vurub, 6 assist edib.

Qeyd edək ki, Anderson 2016/2018-ci illərdə "Beşiktaş" forması geyinib. Taliska 2014-cü ildə Braziliyanın "Bahia" klubundan "Benfika"ya 4,7 milyon avroya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right