"Monako"nun qara günləri davam edir

Fransa I Liqasında 11-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, mövsümə uğursuz start verən "Monako" bu dəfə də qələbəyə həsrət qalıb. Tyerri Anrinin komandası evdə "Dijon"la 2:2 hesablı heç-heçə edib.

Liqa 1-də turnir cədvəlinə 10 oyundan sonra 30 xal toplayan PSJ başçılıq edir. "Lill" 25 xalla 2-ci, "Monpelye" 20 xalla 3-cü, "Lion" isə 20 xalla 4-cüdür. "Dijon" 11 xalla 15-ci, "Monako" 7 xalla 19-cu yerdə qərar tutub.

"Monako" 2-2 "Dijon"

Qollar: Benjamin Henrixs, 29, Kamil Qlik, 78 - Mikael Alfons, 34, Mehdi Abeid, 57

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right