I Divizionun lider məşqçisi: “Köhnə günləri geri qaytarmaq mümkündür”

Ötən il Azərbaycan Ordusunun yaranmasının 100-cü illiyində MOİK klubu çempionluq kubokunu qazanmağı hədəfləmişdi. Amma müəyyən səbəblərə görə, bu arzu gerçəkləşmədi. 

2018/2019-cu illər mövsümündə isə MOİK arzuladığı medalı əldə edə bilər. Məsələ burasındadır ki, Azər Bağırovun rəhbərlik etdiyi komanda hazırda turnir cədvəlinin lideridir.  Geridə qalan 7 turu maksimum nəticə ilə bitirən MOİK zirvədə qərarlaşıb.

Newsport.az xəbər verir ki, MOİK-in ardıcıl uğurlu oyunları ilə bağlı komandanın baş məşqçisi Azər Bağırov danışıb: “Qarşımıza qoyulan əsas məqsəd yaxşı kollektiv qurmaqdır. Çünki bu məqam futbolda vacib faktorlardan sayılır. Sənin əlində yaxşı futbolçular olsa belə, yaxşı kollektiv qura bilməmisənsə, uğurlu nəticələr gözləmək, buna ümid etmək olmaz. Planlarımız çoxdur. Buna yavaş-yavaş imza atmağa çalışırıq. İlk növbədə qışa qədər lider qalmaq lazımdır. Daha sonra qışda nisbtən güclənib yola davam etməliyik. Məqsəd rəhbərliyin bizə olan etimadığını doğrultmaq və yolumuza davam etməkdir”.

Bağırov düşünür ki, I Divizionda ustalıq səviyyəsi yüksək olan futbolçular az deyil: “Bu gün birinci dəstədə elə futbolçular var ki, onlar yüksək liqada oynamağa hazırdırlar. Həmin oyunçuları çıxışını işıqlandırmaq, onları yenidən böyük futbola qazandırmaq olar. Köhnə günləri geri qaytarmaq mümkündür. Düşünürəm ki, MOİK Azərbaycan futbolunun elitasında müəyyən yerə malikdir”.

Gənc məşqçi komandanın gələcək planlarından da danışdı: “Elitaya yüksəlmək gələcəyin iş planıdır. Yəqin ki, bir neçə oyundan sonra gələcəklə bağlı rəhbərliklə oturub görüşəcəyik. Hər bir əsgər general olmaq istəyər. Niyə də biz gələn mövsüm elitada oynamayaq? Düşünürəm ki, uğurlu bir layihə, uğurlu bir iş olar”. 

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right