"Qarabağ"ın rəqibi Bakıya məğlubiyyətlə gəlir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vorskla" Ukrayna Premyer Liqasında növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Poltava təmsilçisi 12-ci turda Kiyev “Dinamo”sunu qəbul edib 0-1 hesabı ilə uduzub.

“Vorskla” 18 xalla 4-cü pillədə qərarlaşıb. “Dinamo” 29 xalla 2-cidir. Turnir cədvəlinə 31 xalla Donetsk “Şaxtyor”u başçılıq edir.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 25-də "Vorskla"nı qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right