Lionel Messinin durumuna aydınlıq gəldi

İspaniya La Liqasının 9-cu turu çərçivəsində "Sevilya" ilə matçda qolundan zədələnən "Barselona"nın ulduzu Lionel Messinin durumuna aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, əndəlüsiyalıların yarımmüdafiəçisi Franko Vaskeslə toqquşma zamanı yerə yıxılan hücumçunun qolunda sınıq aşkarlanıb. 31 yaşlı futbolçunun 3 həftə yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.

Messi Çempionlar Liqasında "İnter"lə ev və səfər oyunlarını buraxacaq. Argentinalı futbolçu La Liqada "Real" və "Rayo Valyekano" ilə oyunlarda da çıxış etməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right