Kərim bu dəfə insan oğurluğunda günahlandırıldı

"Real"ın başı bəladan qurtulmayan futbolçusu Kərim Benzemanın adı növbəti skandalla hallanıb.

Newsport.az saytının məlumatına görə, 30 yaşlı forvardın keçmiş agenti Leo D'Sousa hücumçudan şikayət edib. Leo Fransa I Liqasının son turunda PSJ - Lion matçından sonra bir qrup şəxsin hücumuna məruz qalıb. Leo Fransa polisinə şikayətində bildirib ki, bir qrup şəxs onu qaçırmağa çalışıb. Həmin şəxslərin isə Benzemanın qohumlarının olduğunu şikayətində deyib.

Fransa mətbuatının məlumatına görə, agentin Benzemaya borcu var. Ona qarşı hücumun bu səbəbdən təşkil edilməsi gözlənilir.

Fransa polisi araşdırmalara başlayıb.

Qeyd edək ki, Kərim Benzema daha əvvəl "Fənərbaxça"da çıxış edən Matye Valbuenanın intim videolarını yaymaqla şantaj etməkdə təqsirləndirilmişdi. Bu səbəbdən də millinin baş məşqçisi Didye Deşam Əlcəzair əsilli hücumçuya yığmanın qapılarını bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right