"Liverpul"da 4 ciddi itki

Mövsümə uğurlu start verən "Liverpul"un 4 futbolçusu zədələnib.

Newsport.az xəbər verir ki, Sadio Mane, Nəbi Keyta, Məhəmməd Salah və Vircil van Deyk milli komandalarında zədələniblər. Manenin barmağı sınıbsa, van Deyk qabırğasından xəsarət alıb. Nəbinin dizaltı vətərində, Salahın isə budunda problem var. Onların bu həftə Premyer Liqa matçında iştirakları gözlənilmir.

Qeyd edək ki, "Liverpul"un baş məşqçisi Yurgen Klopp Millətlər Liqasını ən mənasız turnir adlandırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right