"Qəbələ" və "Keşlə"nin futbolçuları növbəti dəfə rəqib oldular

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsinin 4-cü turunun Qambiya ilə səfər oyununda iştirak edib.

Qambiya yığmasının heyətində isə “Keşlə”də çıxış edən Ebrima Sohna da bu matçın iştirakçısı olub.

Hər iki futbolçu start heyətdə meydana çıxıb. Qarşılaşma isə Toqonun səfər qələbəsiylə başa çatıb - 1:0.

Bu komandalar arasında oktyabrın 12-də Toqoda baş tutan ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1.

Dörd oyundan sonra hesabında 5 xal olan Toqo 3-cü, 2 xala malik Qambiya isə sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right