Gürcüstan parlaq qələbə ilə Millətlər Liqasının pley-off mərhələsinə yüksəldi

UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, D liqasının 1-ci qrupunda lider olan Gürcüstan səfərdə Latviyaya 3-0 hesabı ilə qalib gələrək, ardıcıl 4-cü qələbəsini əldə edib. Bununla da, gürcülər UEFA Millətlər Liqasının C liqasına yüksəlib. Vladimir Vaysın komandası qrupda ən yaxın izləyicisi Qazaxıstanı 7 xal qabaqladığı üçün turnirin pley-off mərhələsinə yüksəlib. Gürcüstan millisi pley-off görüşünə gələn ilin iyununda çıxacaq.

Latviya - Gürcüstan 0:3

Qollar: Jaba Kankava, 8, Valeriane Qviliya, 29, Giorgi Çaxvetadze, 61

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right