Halldorsson oynadı, İslandiya evdə uduzdu

UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, A liqasının 2-ci qrupunda yer alan İslandiya millisi evdə İsveçrəni qəbul edib. Matç meydan qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

İslandiya millisinin qapısını “Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub.

90 dəqiqə meydanda olan 34 yaşlı qapıçı 2 qolun qapıdan keçməsinə mane ola bilməyib.

Qrupa 6 xalla Belçika başçılıq edir. Eyni xala malik olan İsveçrə 2-cidir. İslandiyanın aktivində xal yoxdur.

İslandiya - İsveçrə 1:2

Qollar: Alfred Finnboqason, 81 - Haris Seferoviç, 52, Mixael Lanq, 67

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right