Malta millisi Bakıdakı pizza qonaqlığına görə tənqid olundu

Malta millisinin üzvlərinin UEFA Millətlər Liqasının 4-cü turunun Azərbaycanla Bakıdakı oyunundan sonra paltardəyişmə otağında pizza qonaqlığı yerli azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb.

Newsport.az-ın məlumatına görə, futbolçuların qida rejiminə əməl etməli olduqlarını bildirən fanatlar onları tənqid ediblər. Məsələyə münüasibət bildirən yığmanın dietoloqu Co Skaberras hərdən oyunçuların bu cür fast-fudlardan istifadəsinin onlara heç bir mənfi təsir göstərmədiyini söyləyib:

"Bu, məşq deyildi. Komandanın yaxşı nəticə ilə başa vurduğu oyundan sonra kiçik bir qonaqlıq idi. Əgər futbolçular bunu davamlı etsələr, əlbəttə ki, problem ola bilər. İndiki halda isə 1 qutu pizzanın heç kəsə ziyanı dəyməz".

Ancaq Maltada heç də hamı millinin dietoloqu kimi düşünmür. Bəzi mütəxəssislər futbolçuların fast-fudlardan istifadə etməsini düzgün hesab etmir.

Qeyd edək ki, Azərbaycan - Malta oyunu 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right