AFFA-nın diqqətində olan futbolçu "Barselona" və "Beşiktaş"ın hədəfində

"Beşiktaş"nın transfer etmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, İstanbul nəhəngi "Feyenoord"un 17 yaşlı yarımmüdafiəçisi Orkun Kökçünü transfer hədəfinə alıb. Kökcünün "Barselona"ya transferi gündəmdə olduğu üçün "Beşiktaş" da fəaliyyətini sürətləndirib. "Ağ-qaralar"ın rəhbərliyi oktyabrın 19-da Hollandiyaya yollanacaq və danışıqlar aparacaq. Futbolçunun ailəsi və klubu ilə transferin detalları müzakirə ediləcək. Orkunla "Mançester Siti"nin də maraqlandığı qeyd edilib.

Orkun Kökçü 21 yaşlılardan ibarət Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün qardaşıdır. Ozan hazırda Türkiyə I Liqa təmsilçisi "Giresunspor"da çıxış edir.

Qeyd edək ki, AFFA bir müddət öncə istedadlı futbolçunu milliləşdirmək üçün addım atıb, lakin Orkun Hollandiyanın aşağı yaş qruplarından ibarət millisində forma geyinir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right