Ermənistan Futbol Federasiyasından biabırçı səhv: Cəbəllütariqlə Lixtenşteyni səhv saldılar

Ermənistan Futbol Federasiyası kobud səhvə yol verib.

Newsport.az-ın məlumatına görə, səhv Millətlər Liqasının D divizionunun 4 qrupu çərçivəsində baş tutan Ermənistan - Cəbəllütariq oyunundan öncə olub.  

Belə ki, qaydalara uyğun olaraq, qarşılaşmanın start fitindən öncə hər iki komandanın dövlət himni səslənib.  Lakin qarşılaşmanın keçirildiyi Vazgen Sarkisyan adına stadionda Cəbəllütariqin himni yox, Lixtenşteynin himni səsləndirilib. 

Bu barədə Cəbəllütariq Futbol Federasiyasının rəsmi "facebook" səəhifəsində məlumat yer alıb.  Bildirilib ki, oyundan sonra meydan sahiblərinin rəsmiləri baş verən hadisəyə görə üzr istəyiblər. 

Qeyd edək ki, qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1. Bu, Cəbəllütariqin tarixi ərzində ilk rəsmi qələbəsi olub.   

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right