"Barselona"da ciddi itki

"Barselona"nın və Belçika millisinin futbolçusu Tomas Vermalen sıradan çıxıb.

Newsport.az-ın məlumatına görə, UEFA Millətlər Liqasıda İsveçrə ilə matçda zədələnən 32 yaşlı müdafiəçinin dörd həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, o, La Liqada "Sevilya", "Real" və Çempionlar Liqasında "İnter"lə oyunları buraxacaq.


Qeyd edək ki, Belçika – İsveçrə oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right