“Qəbələ” və “Keşlə”nin futbolçuları Afrikada heç-heçəyə razılaşdı

“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində meydana çıxıb.

O, D qrupunun 3-cü turunun Qambiya ilə ev oyununda iştirak edib. Start heyətində meydana çıxan Atakora 58-ci dəqiqədə əvəzlənib. Toqo millisi bu ev oyununda 1 xalla kifayətlənib – 1:1.

Qambiya yığmasının heyətində isə Azərbaycan Premyer Liqasında çıxış edən daha bir futbolçu - “Keşlə”nin şərəfini qoruyan Ebrima Sohna da bu matçın iştirakçısı olub. O da start heyətdə meydana çıxıb.

Bu görüş ağır şərtlər altında - güclü yağışın müşayiəti ilə baş tutub. Meydança leysan nəticəsində su ilə dolduğundan matçda müəyyən fasilələr yaransa da, görüşü sona çatdırmaq mümkün olub.

Qeyd edək ki, üç oyundan sonra hesabında 2 xal olan Atakoranın komandası 4-cü, eyni xala malik Qambiya isə 3-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right