Anri "Monako" ilə razılığa gəldi

Mövsümə uğursuz start verən "Monako" klubunun rəhbərliyi baş məşqçi Leonardo Jardimlə ötən gün yolları ayırdı.

Newsport.az-ın məlumatına görə, "knyazlıq klubu" portuqaliyalı mütəxəssisin əvəzinə Belçika millisinin məşqçilər korpusunda yer alan Tyerri Anrini gətirəcək. Fransa mətbuatının məlumatına görə, klub Anri ilə danışıqlarda müsbət sonluq əldə edib. 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Anri "Monako"nun heyətində 1996/1997-ci illər mövsümündə Fransa çempionu olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right