Olsen mətbuat konfransına qatılmadı

Farer adaları yığmasının baş məşqçisi Lars Olsen Azərbaycanla UEFA Millətlər Liqasının 3-cü tur oyunundan sonra mətbuat konfransına gəlməyib.

Newsport.az saytının məlumatına görə, 57 yaşlı mütəxəssis qarşılaşmanın ardından stadionu tərk edib. Farer adaları Futbol Federasiyasının nümayəndəsi Olsenin jurnalistlər önünə çıxmayacağını bildirib.

Qeyd edək ki, Farer adaları Azərbaycan millisinə 0:3 hesabı ilə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right